Ya Muhamməd
Ya Ali

Məhəmməd Peyğəmbər

Hz.Məhəmməd peyğəmbər (ərəb. :محمد بن عبدالله‎‎  [mʊˈħæmmæd]) — İslam dininin banisi. Müsəlmanlar tərəfindən Allahın elçisi (Rəsulullah), Peyğəmbərlərin möhürü (Xətəmul ənbiya), əsl dinin başlıca və axırıncı peyğəmbəri hesab olunur.

Həyatı

Uşaqlıq dövrü

Hz.Məhəmmədin anadan olduğu il adətən eramızın 570-ci ili sayılır. Hz.Məhəmmədin uşaqlıq və gənclik illəri haqqında məlumat çox cüzidir. Səhih məlum olan ancaq budur ki, o erkən yetim qalmışdır: atası Abdulla uşaq anadan olmazdan əvvəl vəfat etmiş, anası Aminə isə Hz.Məhəmməd altı yaşında olarkən ölmüşdür. Bundan iki il sonra babası Əbdül Mütalib də vəfat etmişdir. Anasının ölümündən sonra Hz.Məhəmmədə babası baxırdı. Onun vəfatından sonra yetim qalmış uşağa əmisi Əbu Talib qayğı göstərməyə başlamışdır. Hz.Məhəmməd onu məhəbbət və qayğı ilə saxlayan babasına və əmisinə bütün ömrü boyu dərin minnətdarlıq hissi bəsləmişdir.

On iki yaşında ikən Hz.Məhəmməd Əbu Talibin ticarət işləri ilə əlaqədar olaraq uzaq Suriyaya aylarla davam edən səfərində iştirak etmişdi. Ərəbistan yarımadasının hüdudlarından kənarda özünün bu ilk səyahəti zamanı o, özü üçün yeni olan, bilavasitə doğulub boya-başa çatdığı bütpərəst qəbilə-tayfa mühiti ilə çox böyük təzad təşkil edənxristianyəhudi və digər dini icmaların dünyası ilə təmasda olmuşdur. Bir çox şərhçilər heç də əsassız olmayaraq belə güman edirlər ki, bu yeni aləmlə tanışlıq balaca Hz.Məhəmmədə silinməz təsir bağışlamış, onda mənəvi bir gərginlik yaratmışdı. Bu gərginlik Hz.Məhəmmədin bütün sonrakı həyatı boyu zəifləməmiş və onu nəticə etibarı ilə yeni dinin yaradıcısı kimi böyük bir iş görməyə sövq etmişdir.

Gənclik dövrü

Hz.Məhəmmədin 21 yaşı tamam olanda o, Məkkə cəmiyyəti içərisində əmin (sədaqətli, etibarlı adam) kimi ad çıxarmışdı. Əbu Talibin məsləhəti ilə Hz.Məhəmməd Xüvəylid ibn Əsədin qızı, varlı dul qadın Xədicənin yanında pirkeşlik (ticarət işlərini idarə edən şəxs) vəzifəsi alır. Xədicənin ticarət işlərini aparan Hz.Məhəmməd Suriyaya daha bir səfər edir, həm də yeniyetməlik dövründə getdiyi yolu demək olar eynilə təkrar edir, Hələbdə və Dəməşqdə olur. Müxtəlif dini icmalar, ilk növbədə xristian və yəhudi icmaları dünyası ilə bilavasitə yeni təmas, onların həyat tərzi və idealogiyası ilə yeniyetməlik dövründə olduğundan daha şüurlu və hətta, demək olar, daha məqsədyönlü tanışlıq nəticə etibarilə onun mənəvi təcrübəsini artırmışdır. Bunu Hz.Məhəmmədin xristian rahibləri ilə xüsusi görüşlərindən və söhbətlərindən bəhs edən bir çox müsəlman rəvayətləri bilavasitə nəzərə çatdırır. Həm yəhudi, həm də xristian dinlərinin təkallahlılıq haqqında əsas ümumi ehkamı Hz.Məhəmmədin təkallahlılıq ideyasının qətiləşib möhkəmlənməsinə, şübhəsiz kömək etməli idi. Eyni zamanda bu dinlərin bir-birini inkar etməsi, onların "yolu azmaq", "səhv yol ilə getmək" haqqında kəskin və sadəcə olaraq düşmən ittihamları Hz.Məhəmmədə Allaha qovuşmaq üçün öz doğru yolunu axtarmağa sövq edən əlavə amil oldu. Quranın ideya-mövzu istiqaməti bunu tam aşkar şəkildə təsdiq edir. Əksər hallarda Əhdi-ətiq və Əhdi-cədidlə səsləşən Quranın məzmununun başlıca fərqləndirici xüsusiyyəti də ilk növbədə yəhudiliyin və xristianlığın məhz belə cəhətlərinin tənqididir ki, bunların üstündə həmin dinlər qədim vaxtdan bəri öz aralarında şiddətli və amansız mübahisə aparmışlar.

Ailə həyatı

595-ci ildə Hz.Məhəmməd Xədicə ilə evlənmişdir. Həmin vaxt Xədicənin yaşı qırxa yaxın idi və o, iki dəfə ərdə olmuşdu, əvvəlki ərlərindən iki oğlu və bir qızı vardı. Buna baxmayaraq Hz.Məhəmmədlə Xədicənin qarşılıqlı məhəbbəti dillərə düşmüşdür. Hz.Məhəmmədin bütün yaxın adamları arasında birinci olaraq Xədicə onun peyğəmbərliyinə inanıb iman gətirmiş və yeni din – İslam dini uğrunda mübarizənin çox çətin başlanğıcında Hz.Məhəmmədə kömək etmək qüvvəsini və varidatını əsirgəməmişdir. Hz.Məhəmməd bunun müqabilində Xədicəyə böyük məhəbbət, dərin minnətdarlıq və hörmət hissi bəsləmişdir. Xədicə ilə ömür sürdüyü 25 il ərzində o, başqa heç bir qadınla evlənməmişdir.

Xədicənin Hz.Məhəmməddən daha iki oğlu və dörd qızı doğulmuşdur. İki yaşında ölən böyük oğlunun adı Qasim idi. Qədim ərəb adəti ilə bu hadisədən sonra Hz.Məhəmməd hörmətlə "Əbül-Qasim" (Qasımın atası) adlandırılmışdır. İkinci oğlu Abdullah da körpə yaşında ikən ölmüş, Hz.Məhəmmədin ZeynəbRuqiyyəÜmm Külsüm və Fatimə adlı dörd qızından isə yalnız sonuncusu onun nəslini davam etdirmişdir.

Ailəsi

Atası

  • Abdullah ibn Əbdulmutəllib

Anası

  • Aminə

Qardaşları

yoxdur

Bacıları

yoxdur

Həyat yoldaşları

  • Xədicə binti Xuveylid
  • Sevda binti Zəma
  • Aişə binti Əbu Bəkir
  • Hafisə binti Ömər
  • Zeynəb binti Xuzeymə
  • Hind binti Əbu Umeyyə
  • Zeynəb binti Caş
  • Cüvəyriyə binti əl-Həris
  • Reyhanə binti Zeyd
  • Səfiyə binti Hüyey
  • Ramlə binti Əbu Süfyan
  • Mariya əl Qıbtiyyə
  • Məymunə binti əl-Həris

Oğlanları

  • Qasım
  • Abdullah
  • İbrahim

Qızları

  • Zeynəb
  • Ruqiyyə
  • Ümmü Gülsüm
  • Fatimə
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol