Ya Muhamməd
Ya Ali

Şiəlik

Şiəlik - (ərəb. الشيعة‎‎, fars. شیعه‎) İslam dinində əqidə. Şiə məzhəbi və ya Şiə təriqəti kimi də adlandırılır. İslamın Sünnilikdənsonra ikinci ən böyük zümrəsi (məzhəblər, firqələr toplusu). Dünya müsəlmanlarının təxminən 55%-i məhz şiədir. Bu əqidənin nümayəndələrinə şiə deyirlər.

 
ərəbcə xəttatlıq

 

Etimologiya

"Şiə" sözünün mənası "izləyici""təqib edən" və ya "tərəfdar" deməkdir. Tarixdəki ifadəsilə "şiətul-Ali" (ərəb. شيعة علي‎‎) yəni "Əli tərəfdarı" birləşməsinin qısaldılmış formasıdır [1]“Əli şiəsi”Əhli-beyt şiəsi” kimi ifadələr Məhəmməd peyğəmbərin sözlərində də çox görünmüşdür. Bu haqda İslam mənbələrində bəzi hədislər də mövcuddur. :

Sünni alimi Firuz Abadi öz lüğətində belə yazır :

"Şiə adı Əli (ə) və Əhli Beyt (ə) tərəfdarlarına verilən ad idi. Sonradan bu ad onlar üçün rəsmiləşdi."

Cabir ibn Abdullah Ənsari (r.ə.) belə buyurub :

Rəsulallahın (s) hüzurunda olduğumuz bir vaxta Əli ibn Əbu Talib (ə) otağa daxil olduqda, Peyğəmbər (s) buyurdu:

«Canım əlimdə Olana and olsun ki, bunun (Əliyə işarə) şiələri qiyamət günü qurtuluşa yetişəcəklər».

Bu əsnada zikr edilən ayə (“İnnəlləzinə amənu və əmilus-salihati ulaikə hum xəyrul-bəriyyəh”) nazil oldu».«Həmin ayə nazil olduqda, Rəsulallah (s) Əliyə (ə) belə buyurdu: «Sən və şiələrin, qiyamət günü Allah sizdən, sizin də Allahdan razı olduğunuz halda gələcəksiniz».

İbni Abbas (r.ə.) deyir:

“İnnəlləzinə amənu və əmilus-salihati ulaikə hum xəyrul-bəriyyəh” ayəsi nazil olduqda Peyğəmbər (s) Əliyə (s) buyurdu:

“Bu ayədə buyurulan şəxslər sən və sənin şiələrindir ki, qiyamətdə razılıq və sevincdə olacaqsınız və Allah da sizdən razı olacaqdır”.

Peyğəmbərimiz (s) belə buyurub :

«Ya Əli! Allah-təalanın; «İman gətirib saleh əməldə olanlar, yaradılmışların ən xeyirliləridir» buyurduğunu eşitmədinmi ? Bax, onlar sənin şiələrindir; mənimlə sizin görüş yeriniz Kövsər hovuzunun kənarıdır. Bütün ümmət hesab üçün toplaşdıqda, «Əl və dəstamaz əzaları nurlu olanlar» deyə çağrılacaqsınız».

Cabir ibn Abdullah Ənsari (r.ə.) belə buyurub :

«Rəsulallahın (s) hüzurunda idik. Əli (ə) bizə doğru gəldi, |Peyğəmbər, «Qardaşım Əli yanınıza gəldi» buyurdu. Sonra Kəbəyə tərəf yönəldi və Əlinin (ə) əlini tutub, belə buyurdu: «Canım əlində olana and olsun ki, bu Əli və şiələri qiyamət günü qurtuluşa çatanlardırlar»... «Əli hamınızdan daha əvvəl iman gətirdi; O,Allahın əhdinə vəfalı olanlardandır. Xalqın və sizin aranızda ən adili, ən gözəl və bərabər bölüşdürən və Allah qatında məqamı ən uca olandır».

“İnnəlləzinə amənu və əmilus-salihati ulaikə hum xəyrul-bəriyyəh” ayəsi nazil olduqda, Rəsulallah (s) Əliyə (ə) buyurdu: «Ya Əli! Sən və şiələrin xeyrul-bəriyyəsiniz (yaradılmışların ən xeyirlisisiniz).; Sən və şiələrin, qiyamət günü Allah sizdən, siz də Allahdan razı olduğunuz halda gələcəksiniz; düşmənlərin isə, qəzəbli və (boyunlarına halqalar keçirildiyinə görə) başları yuxarı qalxmadığı bir halda gələrlər».

Peyğəmbərimiz (s) belə buyurub:

«Ya Əli ! Sən, səhabələrin və şiələrin cənnətdə olacaqsınız; sənin düşmənlərin isə, cəhənnəm atəşindədirlər».

Peyğəmbərimiz (s) Hz. Əli (ə)-a buyurub : «Sənin ümmətin arasındakı məsəlin, Məsih İsa bin Məryəmin məsəli kimidir. Çünki onun qövmü üç firqə oldu: bir firqə həvarilər olan mö᾽minlər, bir firqə yəhudi olan düşmənlər, bir firqə də, o həzrət haqqında həddi aşan ğulat (ifratçılar, Hz. Əlini Allah və Allahın şəriki bilənlər). Ümmətimdə sənin haqqında üç firqə olacaq: Bir firqə mö᾽min olan şiələrin, bir firqə əhd və bey´əti pozan düşmənlərin, bir firqə də, azğın olan və sənin haqqında həddi aşan ifratçılar. Ya Əli! Sən və şiələrin cənnətdəsiniz, şiələrinin dostları da cənnətdədir; düşmənlərin və sənin haqqında həddi aşanlar isə,cəhənnəm odundadırlar».

«İslamda Məhəmməd peyğəmbərin öz zamanında ortaya çıxan ilk ad "şiə"dir. Səhabələrdən dörd nəfəri "şiə" ləqəbiylə çağırırdılar: Əbuzər ĞəffariSalman FarsiMiqdad ibn Əsvəd və Əmmar ibn Yasir.

Şiə sözü son zamanlarda, dünyada, cəfəri məzhəbinə verilmiş ad kimi də tanınır .Lakin şiə dedikdə tək cəfəri şiələri yox "İslamiyyətdə Əli-yə yoldaş" olan kimsələr nəzərdə tutulur.

 

Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol